DÜNYA


Çili sahillərində 5,9 bal gücündə zəlzələ olub

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Avropa Aralıq dənizi seysmologiya mərkəzinin məlumatına əsasən, Çili sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yeraltı təkanlar noyabrın 8-də yerli vaxtla saat 04:55-də qeydə alınıb. Zəlzələnin episentri Talkayano şəhərindən 42 kilometr şimal-qərbdə yer səthindən 2 kilometr dərinlikdə yerləşib.

Təbii fəlakət nəticəsində dağıntılar və zərər çəkənlər barədə hələ ki, heç bir məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.