DÜNYA
Çilidə 763 kiloqram narkotik vasitə müsadirə edilib
Bakı, 6 may, AZƏRTAC
Çilidə polis qara bazarda 8,5 milyon dollar həcmində qiymətləndirilən 763 kiloqram narkotik yükü müsadirə edib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, qeyri-leqal yük ölkənin şimalında yerləşən İkike şəhərində ikili dibi olan yük maşınında aşkarlanıb. Müsadirə edilmiş yükün içərisində 123 kiloqram kokain pastası, 12 kiloqram kokain hidrogen-xloridi və 628 kiloqram marixuana olub.
Əməliyyat nəticəsində narkotik vasitələri Boliviyadan Çiliyə satmaq üçün gətirən 6 nəfərdən ibarət cinayətkar qruplaşma da zərərsizləşdirilib. Onlardan odlu silah və sursat aşkar edilərək götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]