MƏDƏNİYYƏT


Çilinin “Cambio21” xəbərlər portalında Azərbaycan haqqında məqalə yayımlanıb

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Çilinin “Cambio21” xəbərlər portalının internet səhifəsində tanınmış çilili jurnalist Markos Borkoskinin “Azərbaycan: dini birgəyaşayışın oazisi” başlıqlı məqaləsi dərc olunub.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Azərbaycan İslam, roman katolik, ortodoks katolik və yəhudi dinlərinə etiqad edənlərin qarşılıqlı hörmət şəraitində yaşadığı bir ölkə kimi qeyd olunub.

Jurnalist planetimizdə günahsız insanların dini müxtəlifliyə görə müharibə girdabına düşdüyü bir zamanda dini ayrıseçkilikdən uzaq, insanların sülh içərisində birgəyaşayışının var olduğu və real olduğu bir ölkə tanıdığını və buranın Azərbaycan olduğunu vurğulayır. O yazısında qeyd edir: “Bəli, bu mümkündür. Onlar biri-biriləri ilə sülh və harmoniya içərısində yaşamağı bacarırlar. Azərbaycan müsəlman ölkəsidir, amma burada roman katolik, ortodoks katolik və yəhudi dinlərinə etiqad edənlər sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bugünkü gün bu barədə yazmaq xəyal, təxəyyül və ya inanılası çətin hekayə kimi səslənə bilər. Amma bu bir həqiqətdir, reallıqdır. Azərbaycanda müxtəlif dinlər arasında birgəyaşayışın olması həqiqətdir. Ora elə bir ölkədir ki, orada həm məscidlər, həm ortodoks və roman katolik kilsələr, həm də müxtəlif sinaqoqlar mövcuddur”.

“Azərbaycan digər dini adət-ənənələrin qəbul edilməsinin qədim və şanlı tarixinə malik bir ölkədir. Baxmayaraq ki, əhalinin 90 faizi müsəlmandır, çoxluq təşkil edən sünni və şiələr burada birlikdə yaşayır, eynilə də yəhudilər və digər dini azlıqlar qəbul olunur və hörmət görürlər”, - deyə müəllif yazır.

Məqalədə Azərbaycan müxtəlif etnik və dinlərin vəhdətdə olduğu, dövlət siyasətinin tolerantlıq, etnik və dini qrupların ənənəvi harmonik şəkildə birgəyaşayışı ruhunda hazırlanıb həyata keçirildiyi bir ölkə kimi tanıdılır. Qeyd olunur ki, etnik mənsubiyyətindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyi prinsipinin qorunması Azərbaycanda qanundur.

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

http://cambio21.cl/cambio21/site/artic/20160808/pags/20160808172534.html 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.