İQTİSADİYYAT


“Çilov” yatağında yeni quyu qazılır

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

“Çilov” yatağındakı 112 nömrəli özüldən 116 nömrəli quyuda qazma işlərinə başlanılıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə dərinliyi 1500 metr olan quyu şirkətin Kompleks Qazma İşləri Tresti tərəfindən Qala lay dəstəsinə qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin (İB) “28 May” neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.