İDMAN


Çimərlik futbolu üzrə Azərbaycan millisi A divizionuna vəsiqə qazanıb

A+ A

Bakı, 29 avqust, AZƏRTAC 

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Katanya şəhərində təşkil olunmuş Avropa Liqasının super final mərhələsində son oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, super final mərhələsinin həlledici görüşündə millimizin rəqibi Macarıstan yığması olub. Oyun 5:5 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən futbolçularımız 4:3 (ümumi hesabda 9:8) hesabı ilə qalib gəlib.

Bununla da millimiz Avropa Liqasının B divizionundan A divizionuna vəsiqə qazanıb.

Xatırladaq ki, Avropa Liqası turnirinin super final mərhələsində millimiz Türkiyə yığmasını 5:3, İngiltərə komandasını 2:0, Çexiya futbolçularını isə 5:1 hesabı ilə məğlub etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.