İDMAN


Çimərlik futbolu üzrə Azərbaycan millisi Belarus, Litva və Türkiyə yığmaları ilə qarşılaşacaq

Bakı, 26 iyun, AZƏRTAC

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası iyunun 28-dən iyulun 3-dək Belarusun Vitebsk şəhərində təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, millimiz Belarus, Litva və Türkiyə yığma komandaları ilə qarşılaşacaq.

Turnir üçün millimizin heyətinə Elçin Qasımov, Anar Məhərrəmov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov və Comərd Baxşəliyev dəvət olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.