İDMAN


Çimərlik futbolu üzrə Azərbaycan millisi Bolqarıstan yığmasına böyük hesabla qalib gəlib

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 12-də çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Yezolo şəhərində təşkil olunmuş “FİFA Dünya Kuboku-2017” turnirinin Avropa komandaları arasında seçmə mərhələsində ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Bolqarıstan yığması ilə qarşılaşan millimiz 7:2 hesabı ilə qələbə qazanıb. Orxan Məmmədovun het-trik, Sabir Allahquliyevin isə dubl etdiyi oyunda hərəyə 1 dəfə Əbdül Əliyev və Hikmət Bağırov fərqləniblər.

Millimiz növbəti oyununu avqustun 13-də Danimarka yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:15-də başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.