İDMAN


Çimərlik futbolu üzrə Azərbaycan millisi İngiltərə yığmasını məğlub edib

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Katanya şəhərində təşkil olunan Avropa Liqasının super final mərhələsində uğurlu iştirakını davam etdirir.

AZƏRTAC xəbər verir ki, millimiz turnirin növbəti qarşılaşmasında İngiltərə yığmasını 2:0 hesabı ilə məğlub edib. Gərgin mübarizə şəraitində keçən matçda Sabir Allahquliyev və Hikmət Bağırov hərəyə bir dəfə fərqləniblər.

Yığmamız avqustun 27-də Çexiya komandası ilə qarşılaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.