İDMAN


Çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniya yığmasına qalib gəlib [YENİLƏNİB]

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC 

Çimərlik futbolu üzrə “FİFA dünya kuboku-2017” turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası sentyabrın 7-də ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, İspaniya yığması ilə qarşılaşan millimiz 4:2 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını İlkin Hacıyev, Sabir Allahquliyev və Orxan Məmmədov vurub. Bir dəfə isə avtoqol qeydə alınıb.

Millimiz növbəti oyununu sentyabrın 8-də İsveçrə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.