İDMAN
Çimərlik futbolu üzrə Azərbaycan millisi İsveçrə yığması ilə qarşılaşıb
Bakı, 8 sentyabr, AZƏRTAC
Çimərlik futbolu üzrə “FİFA dünya kuboku-2017” turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, İsveçrə yığması ilə qarşılaşan millimiz 6:7 hesabı ilə məğlub olub. Komandamızın heyətində Asif Zeynalov dubl edib. Hərəyə 1 dəfə Amid Nəzərov, İlkin Hacıyev, Sabir Allahquliyev və Renat Sultanov fərqlənib.
Millimiz növbəti oyununu sentyabrın 9-da Türkiyə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]