İDMAN


Çimərlik futbolu üzrə Azərbaycan millisi Macarıstan yığmasına qalib gəlib

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC 

Çimərlik futbolu üzrə “FİFA dünya kuboku-2017” turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi ikinci oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Macarıstan yığması ilə qarşılaşan millimiz qələbə qazanıb – 7:3. Sabir Allahquliyevin het-trik, Asif Zeynalovun isə dubl etdiyi oyunda hərəyə 1 dəfə Orxan Məmmədov və Ramil Əliyev fərqləniblər.

Millimiz qrupda son oyununu sentyabrın 6-da Bolqarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.