İDMAN


Çimərlik həndboluna dair seminar keçiriləcək

Bakı, 4 avqust, AZƏRTAC

Avqustun 18-20-də Bakıda Avropa Həndbol Federasiyası (EHF) və Azərbaycan Həndbol Federasiyasının (AHF) təşkilatçılığı ilə çimərlik həndboluna dair seminar keçiriləcək.

AHF-dən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə EHF-in nümayəndəsi Tamas Neukum çıxış edəcək, çimərlik həndbolu və onun inkişafı haqqında iştirakçılara məlumat verəcək. Bununla yanaşı, Azərbaycanda çimərlik həndbolu ilə tanışlıq, həmin idman növünün hazırkı vəziyyəti, tətbiq ediləcək yeni qaydalarla bağlı fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, seminar çimərlik həndbolu üzrə ikinci ölkə çempionatı ilə eyni vaxtda baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.