İDMAN
Çimərlik voleybolu üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
Bakı, 11 avqust, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) tədbirlər planına müvafiq olaraq Nabranda qızlar və oğlanlar arasında çimərlik voleybolu üzrə paytaxt çempionatı keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, oğlanlar arasında “Sərhədçi” komandası birinci olub. “Xətai” ikinci, “Xilasedicilər” komandası üçüncü pillədə qərarlaşıb.
Qızların mübarizəsində “Xətai-1” komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Sərhədçi” gümüş, “Xətai-2” komandası isə bürünc medala sahib olub.
Yarışda ilk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [20:12]
"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]