DÜNYA


Çin 2020-ci ildə kosmosa turist göndərəcək

A+ A

Pekin, 7 noyabr, AZƏRTAC

Çin 2020-ci ildən kosmosa kommersiya səfərlərinin təşkilini planlaşdırır. Bu barədə “ChinaRocket” şirkətinin prezidenti Xan Çinpin Cuxay şəhərində keçirilmiş 11-ci Çin beynəlxalq aviasiya və kosmonavtika sərgisində məlumat verib.

Xan Çinpin bildirib ki, kosmosa turizm səfərlərinin təşkili ilə bağlı üçmərhələli proqram hazırlanıb. 2020-2024-cü illəri əhatə edən ilkin mərhələdə 3-5 nəfərlik turist qrupları 10 tonluq kosmik təyyarələrdə Yer kürəsindən 60-80 kilometr yüksəkliyə uçmaq imkanı qazanacaq. Növbəti mərhələlərdə isə turistlər daha böyük təyyarələrlə bir qədər də yüksəkliyə (120-140 kilometr) uça biləcəklər.

Mütəxəssislər Çinin kosmos turizm bazarının 2020-ci ildə 4,6 milyard ABŞ dollarına çatacağını proqnozlaşdırırlar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.