DÜNYA


Çin ARJ21-700 sərnişin təyyarəsinin kütləvi istehsalına başlayır

Pekin, 10 iyul, AZƏRTAC

Çin bütünlüklə daxildə layihələndirilən, hazırlanan və istehsal olunan yaxın magistrallı reaktiv ARJ21-700 sərnişin təyyarəsinin kütləvi istehsalına başlayır.

Çin Mülki Aviasiya Administrasiyasının müvafiq sertifikatını alan istehsalçı “The Commercial Aircraft Corp. of China” (COMAC) ilin sonunadək ilk 5 bu tip təyyarəni müştərilərə təqdim etməyi planlaşdırır. COMAC 413 təyyarənin istehsalı üzrə 19 müştəridən sifariş qəbul edib.

Qeyd edək ki, 2015-ci ilin sonunda Çinin “Chengdu Airlines” şirkətinə təhvil verilən 90 yerlik ilk ARJ21-700 təyyarəsi bu günədək 15 minə yaxın sərnişin daşıyıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.