ELM VƏ TƏHSİL


Çin-Azərbaycan dilində şəkilli lüğətlər nəşr olunub

A+ A

Pekin, 6 fevral, AZƏRTAC

Konfutsi İnstitutunun baş qərargahının (Hanban) dəstəyi ilə Pekində “Mənim Çin dilində kiçik şəkilli lüğətim” və “Mənim Çin dilində şəkilli lüğətim” kitabları çapdan çıxıb.

Çin dilini öyrənmək istəyən orta məktəb şagirdləri üçün nəzərdə tutulan “Mənim Çin dilində kiçik şəkilli lüğətim”ə gündəlik müntəzəm istifadə olunan 1400 söz və söz birləşməsi daxil edilib. Müxtəlif mövzular üzrə təqdim olunan şəkillərə aid 15-20 söz vardır. Bu, uşaqların mövzular üzrə sözləri şəkillər vasitəsilə daha tez mənimsəməsinə kömək edəcək. Bundan başqa, hər bir mövzuya uyğun kiçik dialoqlar, sözlərin Çin dilində ifadə formaları, istifadə olunmuş cümlələrin qramatik quruluşuna dair izahlar da əksini tapıb.

“Mənim Çin dilində şəkilli lüğətim”ə isə 15 əsas və 142 köməkçi mövzu üzrə 4200-dən çox söz və söz birləşməsi daxil edilib. Mövzular Konfutsi İnstitutunun “Çin dilinin beynəlxalq tədrisi planına” uyğun olaraq tərtib edilib. Sözlər Çin dili dərsliklərinin lüğət tərkibi nəzərə alınmaqla mütəmadi istifadə və praktiklik prinsipinə uyğun seçilib. Lüğət oxuculara təkcə Çin dilində sözləri deyil, həm də bu ölkənin mədəniyyətini və müasir sosial həyatını öyrənməyə imkan yaradacaq.

Hər iki lüğəti ana dilimizə Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili müəllimi Aqşin Əliyev tərcümə edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.