Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Çin Azərbaycanın Avrasiyada mühüm nəqliyyat qovşağındakı coğrafi üstünlüklərinə çox böyük önəm verir VİDEO

Çin Azərbaycanın Avrasiyada mühüm nəqliyyat qovşağındakı coğrafi üstünlüklərinə çox böyük önəm verir VİDEO

25 il ərzində Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 500 dəfə artıb

Bakı, 5 aprel, Laçın Sultanova, Elçin Qədirov, AZƏRTAC

Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Vey Cinhua Azərbaycanla Çin arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. Siyasi, iqtisadi və humanitar sahələrdə Azərbaycanla Çinin qarşılıqlı münasibətlərinin keçdiyi yolu necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulduğu 25 il ərzində istər beynəlxalq arenada, istərsə də hər iki ölkədə hadisələrin müxtəlif istiqamətlərdə cərəyan etməsindən asılı olmayaraq, Azərbaycan-Çin əlaqələri həmişə sağlam məcrada inkişaf edib, həyatiliyini qoruyub saxlayıb. Siyasi sahədə Çin tərəfi daim Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda, Azərbaycan xalqının bu ölkənin milli dəyərlərinə əsasən seçmiş olduğu inkişaf yoluna hörmətlə yanaşır. Azərbaycan tərəfi Çinin Tayvan, Tibet, Sincan-Uyğur Muxtar Rayonu ilə bağlı məsələlərdə bu ölkənin mövqeyini qətiyyətli şəkildə dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı və digər çoxtərəfli beynəlxalq çərçivədə ölkələrimiz arasında yaxın əməkdaşlıq əlaqələri mövcuddur. İki ölkə arasında yüksək səviyyəli əlaqələr bu gün də davam etdirilir, siyasi baxımdan qarşılıqlı etimad getdikcə dərinləşir. 1994-cü, 2005-ci və 2015-ci illərdə Azərbaycanın müvafiq dövrlərdəki prezidentləri Çinə səfərlər ediblər. 2000-ci ildə isə Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Li Pen Azərbaycana səfər edib.

Hazırda Çin-Azərbaycan əlaqələri sürətli inkişaf mərhələsinə daxil olub. 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə “İpək Yolu İqtisadiyyat Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Bu, iki ölkə arasında münasibətləri daha da gücləndirib. 2016-cı ilin may və iyun aylarında Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyəti, Kommunist Partiyası Siyası Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi Menq Ciancu Azərbaycanda səfərdə olublar. Tərəflər praqmatik əməkdaşlıq, təhlükəsizlik sahəsində əlaqələr haqqında fikir mübadiləsi aparıblar. Altı ay ərzində iki ölkənin nümayəndələri üç dəfə səfər ediblər. Bu səfərlər ölkələrimizin münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir.

İqtisadiyyat sahəsində də Çin və Azərbaycan arasında əməkdaşlıq durmadan inkişaf edir. Əgər 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyon ABŞ dolları təşkil edirdisə, bu göstərici 2016-cı ildə 500 dəfə artaraq 770 milyon ABŞ dollarına çatıb. Dünya iqtisadiyyatının inkişaf tempinin azalmasına, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Çin ilə Azərbaycan arasında ticarət həcmi 15 faiz artıb. Hazırda Çin Azərbaycanın beş böyük ticarət tərəfdaşından biridir. Bu, iki ölkə arasında ticari əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir. Çin ilə Azərbaycan arasında nəqliyyat, rabitə, kənd təsərrüfatı, tikinti, maşınqayırma, yüngül sənaye və digər sahələrdə uğurlu əməkdaşlıq qurulub.

25 il ərzində ölkələrimiz arasında humanitar əlaqələr də inkişaf edib. Azərbaycanda iki Konfutsi İnstitutu fəaliyyət göstərir. Sizin ölkədə Çin dilinə maraq getdikcə artır. 2001-ci ildə Çinin Cizian əyalətinin Çücou şəhəri və Azərbaycanın Sumqayıt şəhəri qardaşlaşıb.

- Azərbaycan-Çin münasibətlərinin perspektivini necə görürsünüz?

-Hazırda Çin-Azərbaycan əlaqələri yeni tarixin başlanğıc nöqtəsindədir və ikitərəfli əlaqələrin inkişafı baxımından nadir tarixi fürsətlər mövcuddur. Bir müddət əvvəl, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Çin Xalq Respublikasının Baş naziri Li Keçian və digər dövlət nümayəndələrindən Azərbaycan–Çin diplomatik əlaqələrinin 25-ci ildönümü münasibətilə təbrik məktubları almışıq. Təbrik məktubunda bildirilir ki, Çin Azərbaycanla əlaqələrinə çox böyük önəm verir. Çin tərəfi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyini yaxşı fürsət kimi dəyərləndirərək, ölkələrimizin mövcud əməkdaşlığının dostluq bazasının daha da möhkəmləndirilməsini istəyir.

- Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çin Xalq Respublikasına dövlət səfəri zamanı imzalanmış sənədlər necə reallaşdırılır?

- Prezident İlham Əliyevin Çinə dövlət səfərindən sonra ölkələrimiz arasında ikitərəfli praqmatik əməkdaşlıq hərtərəfli inkişaf etməkdədir. Gələcəkdə Azərbaycana investisiya yönəldən Çin şirkətlərinin sayı artacaq. Həyata keçirilən qarşılıqlı rəsmi səfərlər zamanı imzalanan müqavilələr iki ölkənin əlaqələrinin inkişafında mühüm rol oynayır. Çin və Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Hazırda nəqliyyat, kənd təsərrüfatı, rabitə və bir çox digər sahələrdə irəliləyiş müşahidə olunur. 2016-cı il baramaçılıq sahəsində əməkdaşlığın inkişafı və Çin müəssisələri tərəfindən Azərbaycan şərabının idxalı ilə yadda qalıb. Gələcəkdə praqmatik əməkdaşlığın daha da inkişaf etməsində, böyük layihələrin həyata keçirilməsində və real nəticələrin əldə olunmasında qərarlıyıq.

- “İpək Yolu İqtisadiyyat Kəməri” layihəsinin həyata keçirilməsində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan ilk günlərdən “İpək Yolu İqtisadiyyat Kəməri”nin yaradılması təşəbbüsünə dəstək verib. Azərbaycan coğrafi mövqeyi baxımından "İpək yolu” layihəsi üçün çox mühüm ölkə statusundadır. 2015-ci il aprelin 4-də Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankına təsisçi üzv ölkə kimi qoşulub və iyul ayında Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq üzrə Tərəfdaşı olub. Çin tərəfi Azərbaycanın nəqliyyat infrastrukturu layihələrində irəli sürdüyü təşəbbüsü və yaxından iştirakını yüksək qiymətləndirir, həmçinin “İpək Yolu İqtisadiyyat Kəməri” layihəsi çərçivəsində Azərbaycanla hərtərəfli əlaqələri inkişaf etdirməkdə, İpək yolu xətti boyunca yerləşən digər ölkələrin inkişafında maraqlıdır.

- Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması gözlənilir. Bu tranzit marşrutundan istifadə edilməsinə dair Çinin hansı planları var?

- 2015-ci ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı iki ölkə arasında nəqliyyat sahəsində bir sıra hüquqi sənədlər imzalanıb. Bu, iki ölkənin müəssisələri arasında əməkdaşlıq uçun çox gözəl imkanlar yaradıb. Çin Azərbaycanın Avrasiyada mühüm nəqliyyat qovşağındakı coğrafi üstünlüklərinə böyük önəm verir. Çin tərəfinin dəstəyi ilə 2017-ci ilin fevralında Azərbaycan Pekində Bak-Tbilisi-Qars dəmir yolu tranzit marşrutu layihəsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təqdimat mərasimini təşkil edib və yaxşı nəticələr də əldə olunub. Ümid edirəm ki, bu marşrut üzrə Çin–Azərbaycan və bu xətt boyunca olan digər ölkələrin iqtisadi əməkdaşlıq əlaqələri daha da inkişaf edəcək.

- İKT, kənd təsərrüfatı, turizm sahələrində Azərbaycan-Çin əməkdaşlığı nə kimi perspektivə malikdir?

- İri kənd təsərrüfatı ölkəsi kimi, əkinçilik və kənd təsərrüfatının bir çox digər sahələrində böyük təcrübəyə malik olan Çin bu sahədə Azərbaycan tərəfi ilə əlaqələr qurmaqda maraqlıdır. Azərbaycanın zəngin təbii sərvətləri, əlverişli torpaq-iqlim şəraiti kənd təsərrüfatının inkişafı üçün çox əlverişlidir. İki ölkə arasında əkinçilik, istehsal, kənd təsərrüfatı məhsullarının emalı, həmçinin ipəkçilik sahəsində əməkdaşlıq üçün böyük potensial var. Azərbaycanda yüksək keyfiyyətli meyvə-tərəvəz məhsulları, şərablar istehsal olunur. Çin tərəfi Azərbaycandan bu kimi məhsulların idxalında və kənd təsərrüfatı sahəsində qarşılıqlı investisiya qoyuluşunun həyata keçirilməsində, iqtisadi və texnoloji əməkdaşlığı dəstəkləyir.

Azərbaycan qədim İpək Yolu üzərində yerləşən önəmli ölkələrdəndir, zəngin turizm ehtiyatları var. Ölkələrimizin mədəniyyət əlaqələrinin daha da inkişaf etməsinin nəticəsi olaraq, son illər Azərbaycana səyahət edən çinli turistlərin sayı artmaqdadır.

- Azərbaycan sənayenin inkişaf etdirilməsi kursu götürüb, bütün ölkədə sənaye parkları yaradılır. Azərbaycan sənayesində Çinin iştirak planları nədən ibarətdir?

- Çin tərəfi öz müəssisələrinin Azərbaycanda yaradılan sənaye parklarında investisiya layihələrində iştirakında maraqlıdır. Sənaye parklarının yaradılması sahəsində Çinin zəngin təcrübəsi var. Azərbaycan sənayesinin inkişafı üçün ölkəmizin bu sahə ilə bağlı əlaqədar orqanları ölkənizlə sənaye parklarının inşası, təcrübə mübadiləsinin aparılmasına hazırdır.

Çin Azərbaycanın Avrasiyada mühüm nəqliyyat qovşağındakı coğrafi üstünlüklərinə çox böyük önəm verir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq