DÜNYA


Çin-Cənubi Koreya siyasi narazılığı “Hyundai” və “Kia”-ya baha başa gəlib

Bakı, 6 iyun, AZƏRTAC

ABŞ-ın Cənubi Koreyada THAAD raket hücumundan müdafiə sistemi yerləşdirməsi nəticəsində Çin ilə Cənubi Koreya arasında yaranmış siyasi narazılıq “Hyundai” və “Kia” avtomobil şirkətlərinə baha başa gəlib. Belə ki, Koreyanın avtomobil istehsalçı şirkətlərinin Çində birgə satışı may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 65,1 faiz azalıb.

Yonhap agentliyi yazır ki, mayda “Hyundai” və “Kia” dünyanın ən böyük avtomobil bazarı olan Çində cəmi 52485 avtomobil sata bilib. Yanvar-may aylarında satış isə 43 faiz azalıb. Mütəxəssislər hesab edir ki, əgər Koreya şirkətlərinin Çin bazarında satışları azalmaqda davam edərsə, onlar dünya üzrə cari il üçün müəyyən etdikləri 8,25 milyon avtomobil satışı həddinə çata bilməyəcəklər.

Qeyd edək ki, ABŞ-ın Şimali Koreyanın raket hücumu təhdidlərinə qarşı Cənubi Koreyada quraşdırdığı THAAD sistemi Çinin ciddi narazılığına səbəb olub. Çin THAAD sisteminin əhatə dairəsini əsas götürərək hesab edir ki, bu, təkcə Şimali Koreyaya qarşı yönəlməyib. Rəsmi Pekin ABŞ-ın THAAD-ın radar sistemi vasitəsi ilə Çinin hərbi potensialı barədə kəşfiyyat məlumatları toplamağa cəhd edəcəyini düşünür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.