DÜNYA
Çin Gürcüstanda bank açır
Bakı, 15 may, AZƏRTAC
Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində "Bir kəmər - bir yol" strategiyası çərçivəsində keçirilən forumda Gürcüstanın inkişafı üçün bankın yaradılmasını nəzərdə tutan bəyannamənin rəsmi imzalanma mərasimi keçirilib.
AZƏRTAC "Apsny.ge" saytına istinadən xəbər verir ki, bankın əsas sərmayəsi 1 milyard ABŞ dolları, yığım kapitalı isə 300 milyon dollar təşkil edəcək. Bankın səhmdarları Çinin ən böyük "China Energy Company Ltd." (CEFC) və "Eurasian Invest LLC." şirkətləri olacaq.
Gürcüstan tərəfindən sənədi Baş nazirin müavini, maliyyə naziri Dimitri Kumsişvili imzalayıb. Sənədə əsasən, hər iki Çin şirkəti Gürcüstanda yeni kommersiya bankı yaratmağı öhdələrinə götürüb. D.Kumsişvilinin sözlərinə görə, CEFC və "Eurasian Invest LLC"in nümayəndələri bütün rəsmi prosedurların icrasına başlamaq üçün artıq Gürcüstan Milli Bankına müraciət edib.
Qeyd edək ki, Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən 2013-cü ildə irəli sürülən "Bir kəmər - bir yol" layihəsinə artıq 50 milyard dollar vəsait yatırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]