ELM VƏ TƏHSİL


Çin-Rusiya İnnovasiya Texnoparkının rəhbəri Bakıda daha bir texnoparkla əməkdaşlıq perspektivlərini müzakirə edib

Bakı, 7 avqust, AZƏRTAC 

Ölkəmizə səfər edən Çin-Rusiya İnnovasiya Texnoparkının rəhbərliyi Bakı Mühəndislik Universitetinin (BMU) texnoparkı ilə tanış olub.

BMU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə iki müəssisə arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Qeyd edilib ki, elm, texnologiya və innovasiya vasitəsilə milli iqtisadi inkişafa töhfə vermək olar.

Çin-Rusiya İnnovasiya Texnoparkının baş direktoru Çjan Jençjuna yeni texnologiyalar sahəsində Çin-Rusiya regionu üzrə ilk hökumətlərarası və dövlətlərarası təşkilat olan texnoparkın postsovet ölkələri ilə böyük əməkdaşlıq təcrübəsinə malik olduğunu bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.