DÜNYA


Çin "Tyanqun-2" orbital stansiyasında ilk kosmik eksperiment keçirəcək

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

"Tyanqun-2" orbital stansiyasında insan beyni və kompyuter arasında kosmik qarşılıqlı əlaqənin yaradılması üzrə ilk sınaq keçiriləcək.

Beləliklə, kosmosda astronavtlar “beyinlərini tərpətməklə" müxtəlif əməliyyatlar üçün komandalar verə biləcəklər.

AZƏRTAC “belta.by” saytına istinadən xəbər verir ki, Çinin “Çjunqo Sinnyanbao” qəzetinin məlumatına görə, Çində “Tyanqun-2" kosmik laboratoriyasının uğurlu buraxılışından sonra neyromühəndislər komandası insan beyni və kompyuter arasında kosmik qarşılıqlı əlaqənin yaradılması üzrə ilk layihənin hazırlanması və planlaşdırılmasını öz üzərilərinə götürüblər. Gələcəkdə bu, kompyuter və insan arasında qarşılıqlı əlaqənin yaradılmasının ən yüksək forması ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.