ELM VƏ TƏHSİL


Çin ailəsi: ənənədən müasirliyə

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Beynəlxalq Ailə Gününə həsr olunan “Çin ailəsi: ənənədən müasirliyə” mövzusunda seminar keçirilib.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin ailəsinin ənənəvi modelləri və xüsusiyyətləri barədə danışıb. O, Çində keçirilən sosial–iqtisadi islahatlarla əlaqədar Çin ailəsinin tərkibi və strukturundakı dəyişiklikləri xüsusi vurğulayıb.

Konfutsi İnstitutunun əməkdaşları qədim Çində ailə münasibətlərinin xüsusiyyətləri, toy ənənələrinin tarixi və uşaqların tərbiyəsi, həmçinin Konfutsi fəlsəfəsinin Çin ailəsinə təsirindən bəhs ediblər.

Seminarda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eksperti, ADU-nun regionşünaslıq kafedrasının dosenti Kifayət Ağayeva və həmin kafedranın müəllimi Fidan Ələsgərova Azərbaycanda və Çində gender münasibətlərinin xüsusiyyətlərindən söz açıblar.

Sonda müasir Çin ailəsinə həsr olunmuş “Böyük ailə” bədii filmi nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.