ELM VƏ TƏHSİL
Çin dilində mahnı müsabiqəsi keçiriləcək
Bakı, 29 mart, AZƏRTAC
Aprelin 15-də Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının nəzdindəki Konfutsi İnstitutunun yaranmasının altıncı ildönümü münasibətilə Çin dilində mahnı müsabiqəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda Çin dilinin tədrisinin inkişafına həsr olunan müsabiqənin təşkilinin məqsədi ölkəmizdə bu dilə marağı artırmaqdır.
Müsabiqədə Çin dilini öyrənən, Çin milli mədəniyyətini sevən azərbaycanlılara bilik və istedadlarını nümayiş etdirmək üçün şərait yaradılacaq. Yarışa fərdi və ya qrup şəklində (iki nəfər və daha çox) qatılmaq mümkündür. Müsabiqədə Konfutsi İnstitutunun tələbələri ilə yanaşı, Çin dilini öyrənən digər gənclər də iştirak edə bilərlər. Ana dili Çin dili olmayanlar üçün nəzərdə tutulan yarışa müraciət edənlərin sayı daha çox olduğu təqdirdə Konfutsi İnstitutunda seçmə mərhələsi təşkil ediləcək. Müsabiqənin sonunda ilk üç yerə layiq görülənlərə və fərqlənənlərə mükafatlar təqdim olunacaq.
Yarışda iştirak etmək üçün aşağıdakı qeydiyyat formasını doldurmaq lazımdır. Konfutsi İnstitutunun tələbəsi olmayanlar qeydiyyat formasını doldurub [email protected] (Zhao Haoqiang ), [email protected] (Liang Erchuan) elektron poçt ünvanlarına göndərməlidirlər. İnstitutun tələbələri isə qeydiyyat formasını doldurdub müəllimlərinə təqdim etməlidirlər.
Qeydiyyat aprelin 5-də başa çatacaq.
Qeydiyyat forması
Çin dilində adınız |
Adınız/Soyadınız |
Yaş |
İfa tərzi(tək və ya qrup halında) |
Oxuycağınız mahnı |
Təlimatçı Müəllim |
Əlaqə (Telefon və e-mail) |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|