DÜNYA
Çin dövlət başçısının Rusiyaya rəsmi səfəri başlayır
Pekin, 3 iyul, AZƏRTAC
Çin Xalq Respublikasının Sədri Si Cinpin bu gün Rusiya Federasiyasına ikigünlük rəsmi səfərə yola düşüb.
AZƏRTAC yerli KİV-ə istinadla bildirir ki, bu, Si Cinpinin dövlət başçısı qismində Rusiyaya 6-cı səfəri, cari ildə Rusiya Prezidenti Vladimir Putin ilə 3-cü görüşü olacaq. Səfər çəçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən 10-dan çox sazişlərin imzalanması nəzərdə tutulur. Bundan başqa, dövlət başçılarının birgə bəyanatı imzalanacaq, iki ölkə arasında 2017-2020-ci illər üzrə fəaliyyət planı təsdiq olunacaq. Tərəflər 2020-ci ilədək ticarət dövriyyəsini 200 milyard ABŞ dolları səviyyəsinə çatdırmağı hədəfləyirlər.
Si Cinpin Rusiya səfərinin ardından Almaniyaya rəsmi səfərə yola düşəcək, habelə Hamburq şəhərində “Böyük iyirmilər”in növbəti sammitinə qatılacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]