DÜNYA


Çin dünyada ilk dəfə məlumatların peykdən Yer kürəsinə təhlükəsiz ötürülməsini həyata keçirib

Bakı, 10 avqust, AZƏRTAC

Çin mütəxəssisləri dünyada ilk dəfə "Mo-Szı" adlı peykdən Yer kürəsinə kvant şifrələmənin köməyi ilə məlumatların təhlükəsiz və uğurla ötürülməsini həyata keçirməyə nail olublar.

AZƏRTAC “ria.ru” saytına istinadən bildirir ki, peyk layihəsinin istehsalçısı və iştirakçısı olan Çin Elmlər Akademiyasının üzvü Pan Szyanvey deyib ki, siqnal Xebey əyalətində yerləşən Yanşan dağlarında qurulmuş Sinlun müşahidə stansiyasına və Urumçi yaxınlığındakı Nanşan stansiyasına göndərilib.

Alim bildirib ki, peyk və yerüstü stansiya arasındakı rabitə məsafəsi 645-1200 kilometr aralığında dəyişib, məlumatların ötürülmə sürəti isə indiki halda (məlumatların fiber-optik kabellə ötürülməsi ilə müqayisədə) 20 dəfə yüksəkdir.

Onun sözlərinə görə, peyk Çinin ərazisi üzərindən uçarkən sınaq üçün 10 dəqiqəlik imkan yaranır və bu müddətdə yerüstü stansiyaya 300 kilobit tutumunda şifrələnmiş məlumat göndərmək mümkündür. Məsələn, tamamilə təhlükəsiz (dinlənilməyən) telefon zəngləri etmək, bank məlumatlarının təhlükəsiz ötürülməsini həyata keçirmək mümkün olacaq.

Bu uğur Çin alimlərinə tamamilə təhlükəsiz kommunikasiya şəbəkəsi yaratmağa kömək edəcək. Belə şəbəkə məlumatların ötürülməsi zamanı tam məxfiliyi təmin edəcək və istənilən kiberhücumlara qarşı dayanıqlı olacaq. P.Szyanvey bildirib ki, 2030-cu ilədək Çində belə şəbəkənin yaradılması reallıqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.