DÜNYA
Çin əhalisinin sayı 1,45 milyard nəfərə çatacaq
Pekin, 7 fevral, AZƏRTAC
Çin Xalq Respublikası əhalisinin sayı 2020-ci ildə 1,42 milyard, 2030-cu ildə isə 1,45 milyard nəfərə çatacaq. Bu proqnoz ölkənin 2017-2030-cu illər üçün əhali inkişaf planında əksini tapıb.
Plana əsasən, növbəti illər, xüsusən də 2021-2030-cu illər əhalinin sayının artımında açar dövr olacaq. Buna Çində “Bir ailə, bir uşaq” siyasətinin dayandırılması öz təsirini göstərəcək. Növbəti illərdə əhalinin sayının artımı ilə yanaşı, əmək qabiliyyətli əhalinin sayında azalma müşahidə olunacaq, əhalinin yaşlanması prosesi daha da sürətlənəcək. Proqnozlara görə 2030-ci ildə ölkə əhalisinin 25 faizini qocalar təşkil edəcək, 14 yaşınadək olan uşaqların sayı isə azalaraq 17 faizə enəcək.
Hazırda Çin əhalisinin sayı ölkənin xüsusi inzibati rayonları olan Honkonq və Makao nəzərə alınmamaqla 1,382 milyard nəfərdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]