DÜNYA


Çin ilk karqo kosmik gəmisini orbitə göndərir

Pekin, 20 aprel, AZƏRTAC

Çin ilk karqo kosmik gəmisi olan “Tianzhou-1”i orbitə göndərir. Kosmik gəmini orbitə “Long March-7 Y2” daşıyıcı raketi aparacaq.

Çin KİV-ləri yazır ki, raket yerli vaxtla bu gün saat 19:41-də ölkənin cənubundakı Xaynan adasında yerləşən Vençan kosmik bazasından buraxılacaq. Orbitdə “Tiangong-2” kosmik laboratoriyası ilə birləşəcək “Tianzhou-1” 6 tondan yuxarı yük daşıya bilir.

Uzunluğu 10,6, diametri 3,35 metr olan karqo kosmik gəmisi orbitdə bir neçə eksperiment də aparacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.