Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Çin: iqtisadiyyat nəhəngi və dünyanı heyran qoyan möcüzələr ölkəsi

Bakı, 25 iyun, AZƏRTAC

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yaradılmasının 15 illik yubileyi münasibətilə təşkilata üzv, o cümlədən də müşahidəçi və ŞƏT-in dialoq üzrə tərəfdaşı olan ölkələrin aparıcı KİV-lərinin nümayəndələrinin Çin Xalq Respublikasına səfəri təşkil edildi. Pekindən başlayan səfər Şanxay Əməkdaşlıq Təşkilatının 15 illik regional və qlobal fəaliyyətinə, qazandığı uğurlara və Çinin iqtisadi, turizm potensialının təbliği məqsədi daşıyırdı.

İnsan əli ilə yaradılmış möcüzə - Çin səddi

Jurnalistlərin dünyanın ən çox əhalisi olan və böyük iqtisadiyyatlarından birinə malik Çin səfəri Sarı dənizin Lyodun körfəzinin sahillərindən, bu ölkənin şimal sərhədləri boyunca uzanan, Qobi səhralarından keçən və uzunluğu 4 min kilometrdən çox olan Çin səddindən başladı. Bəşər tarixində gələcək nəsillərə insan əli ilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalıb. Onlardan biri də dünyanın 7 möcüzəsi sırasına daxil olan Çin səddidir. Çinlilər ona Vanli Çançen deyirlər. Çin səddi ilk dəfə eramızdan əvvəl 221-ci ildə Çin imperatoru Çin Şi Xuandi tərəfindən on ilə tikilib. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, on min li (1 li təqribən 576 metrdir) uzadılıb.

Çin imperatorluğunun əsasını qoyan və Çinin ən güclü dövlət kimi formalaşmasında mühüm xidmətləri olan imperator Çin Şi Xuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçərilərin qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi. Səddin tikintisi ayrı-ayrı hissələrə bölünüb və hər hissəni vahid plan əsasında bir tayfanın, qəbilənin əhalisi tərəfindən ucaldılmışdı. Səddin tikintisinə 350 min əsgər və yüz minlərlə mülki şəxs işə cəlb olunmuşdu.

İnsan əli ilə yaradılmış möcüzələrdən yalnız böyük Çin səddi kosmosdan görünür. Təsadüfi deyil ki, hər il Çinin şərqindən qərbinədək uzanan Çin səddini görməyə dünyanın müxtəlif ölkələrindən milyonlarla turist gəlir.

“Şanxay beşliyi”ndən Şanxay Əməkdaşlıq Təşkilatınadək

Daha sonra jurnalistlərin ŞƏT-in baş katibi Rəşid Alimovla görüşü oldu. O, təşkilatın yaranma tarixçəsi barədə danışdı. Dedi ki, ŞƏT 2001-ci ildə Çinin iqtisadi paytaxtı kimi qəbul edilən Şanxayda siyasi tərəfdaşlıq statusunda yaradılıb. Müxtəlif ekstremist, separatçı və dini-fundamentalist silahlı birləşmələr və qruplar tərəfindən təhlükələrin güclənməsi, sərhədlərdə silahlanmanın səviyyəsinin aşağı salınması və Mərkəzi Asiyada nüvəsiz zonanın yaradılması cəhdləri bu qeyri-stabil regionun dövlət başçılarının birgə görüşünün əsasını qoydu. Çin ilə sərhəd problemlərinin həlli məqsədi ilə 1996-cı ildə Şanxayda keçirilən bu qəbildən olan ilk birgə görüşdə Rusiya, Çin, Qazaxıstan, Tacikistan və Qırğızıstanın dövlət başçıları tərəfindən “Şanxay beşliyi” adlanan birlik yaradıldı. Burada müntəzəm sammitlərin keçirilməsinə dair razılıq əldə edildi və sərhəd bölgəsində hərbi sahədə etimad tədbirlərinin güclənməsi haqqında saziş imzalandı. 1997-ci ildə isə Moskvada ümumi sərhəd bölgəsində olan hərbi qüvvələrin qarşılıqlı ixtisarı barədə birgə saziş imzalandı. Bununla da Mərkəzi Asiya regionunda siyasi həmrəylik və hərbsizləşdirmə yolunda ilk real addım atıldı.

“Şanxay beşliyi”nə daxil olan ölkələrin ümumi ərazisi Avrasiya materikinin beşdə üç hissəsini təşkil edir, əhalinin sayı isə təxminən 1,5 milyarddan çoxdur. 1999-cu ilin avqustunda Qırğızıstanda keçirilən görüşdə bu 5 ölkə rəhbərləri Bişkek deklarasiyasını imzaladılar. Sənədin əsasını Mərkəzi Asiyada əməkdaşlıq və təhlükəsizliyin güclənməsi üzrə çoxtərəfli regional dialoqun genişləndirilməsi təşkil edirdi. İqtisadi və humanitar sahədə sərhədyanı əməkdaşlığın planauyğun genişlənməsi məsələsi isə 2000-ci ilin iyununda Düşənbədə keçirilən sammitdə müzakirə olundu. Düşənbə deklarasiyasında bu beynəlxalq qurumun fəaliyyəti, əsas məqsədləri və “Şanxay beşliyi”ni yaradan ölkələrin prioritetləri öz əksini tapdı və onların sırasına Özbəkistan müşahidəçi qismində qoşuldu”, - deyə R.Alimov qeyd etdi.

“Şanxay beşliyi”nin tarixində mühüm hadisələrdən biri də 2001-ci il iyunun 14-15-də Şanxay şəhərində keçirilən sammit oldu. Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri ŞƏT-in yaradılması haqqında deklarasiyaya imza atdılar.

R.Alimov ŞƏT-in Dövlət Başçıları Şurasının yubiley iclasında Daşkənd Bəyannaməsinin, o cümlədən də 2016-2020-ci illərdə təşkilatın Fəaliyyət Planının və 2025-ci ilədək qurumun İnkişaf Strategiyasının müzakirə edilərək qəbul olunacağını dedi. Həmçinin, ŞƏT-in üzvü olan dövlətlərdə turizmin inkişafı ilə əlaqədar Proqram da qəbul ediləcək.

Qeyd edək ki, iyunun 23-24-də Daşkənddə keçirilən təşkilatın yubiley iclasında Pakistan və Hindistanın ŞƏT-in üzvü olması ilə əlaqədar Memorandum imzalandı. İclasda bildirildi ki, 2017-ci ildə Qazaxıstanda keçirilən Zirvə görüşündə bu ölkələr təşkilatın tamhüquqlu üzvü olacaqlar. Hazırda Belarus, Monqolustan, İran, Pakistan, Hindistan və Əfqanıstan ŞƏT-də müşahidəçi statusu olan ölkələrdir.

Xatırladaq ki, 2014-cü ilin iyulunda ŞƏT-in Ufada keçirilən Zirvə görüşündə Azərbaycana bu təşkilatın dialoq üzrə tərəfdaşı statusunun verilməsi barədə qərar qəbul olunub.

“NEWS Plus” radiosu: 3 milyard dinləyiciyə çatan səs

Səfər çərçivəsində jurnalistlər Çinin Beynəlxalq Radiosunun (China Radio International - CRI) mərkəzi ofisində oldular. Radionun ingilis dili bölməsi CRI-nin ən əhəmiyyətli bölmələrindən biridir və onun verilişləri Çinin təbliğatına yönəlib. Buraya “Çin və dünya üçün körpü” devizi ilə fəaliyyət göstərən “NEWS Plus”, “EZFM” radioları və “CRIENGLISH.com” veb-saytı daxildir. “NEWS Plus” Çinlə bağlı xəbərlər, hesabatlar və xüsusi proqramlar yayımlayan yayım platformasıdır. Burada, həmçinin müxtəlif musiqi və Çin dilinin öyrənilməsinə dair proqramlar yayımlanır. “NEWS Plus” hazırda öz səsini təxminən 3 milyarda yaxın dinləyiciyə çatdırır və hər gün 600 saatdan çox veriliş yayımlayır. Onun proqramları Vaşinqton, Toronto, London, Kanberra, Nayrobi, Kolombo və başqa şəhərlərdəki stansiyalar da daxil olmaqla qlobal qısa dalğalar vasitəsilə müxtəlif yerli AM və FM radio stansiyalarında eşidilə bilir.

“EZFM” radiosu (Pekində 91,5 FM) isə CRI-nin daxili xidmətləri çərçivəsində Pekin, Şanxay, Xiamen, Hefei, Lanzhou və hətta Lhasa kimi digər şəhərlərə səsini çatdırır. Burada ingilis və Çin dillərində müxtəlif xəbərlər, əyləncə və musiqi proqramları yayımlanır.

“CRIENGLISH.com” Çinin Beynəlxalq Radiosunun rəsmi ingilis dilli veb-saytıdır. Burada eyni zamanda CRI-nin bütün radio proqramlarını dinləmək olur.

Jurnalistlər həmçinin, “Chaoyang Theate”də Çinin ənənəvi mədəniyyətinə dair akrobatik çıxışları da izlədilər.

Növbəti dayanacağımız əsrarəngiz təbiətə malik Hangzhou şəhəri oldu. Qərb gölündə (West Lake) qayıqla gəzinti zamanı yaşılla mavinin vəhdəti insanda unudulmaz hisslər oyadırdı. Çinin 1 yuanlıq kağız əsginazında məhz bu göl təsvir edilib.

Wuzhen - “Asiyanın Venesiyası”

Növbəti gün Hangzhou, Suzhou və Şanxay kimi böyük şəhərlər üçbucağında yerləşən və “Asiyanın Venesiyası” adlandırılan Vuzhen şəhərinə səfər etdik. Qədim daş körpü və yollardan ibarət olan bu şəhər üz orijinallığı ilə insanı valeh edir. Dar küçələr, hər addım başı muzeylər, insanların gülərüz və isti münasibəti hər kəsin yaddaşında silinməz izlər qoyur. 2014-cü ildə bu kiçik tarixi şəhərdə Dünya İnternet Konfransı (World Internet Conference since 2014) keçirilib. 

Wuzhen şəhəri yaddaşımızda həm də avtomobil nəhəngi “Zhejiang Geely Holding Group”la tanışlıqla qaldı. Burada Çinin özəl sektorda ən böyük avtomobil istehsalçısı olan “Geely” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Eş Sutklif şirkətin tarixi və gələcək planları barədə məlumat verdi. 1986-cı ildə yaradılan şirkət avtomobil, motosiklet, avtohissələr istehsal edir. Mərkəzi Xancoyda yerləşən “Geely” avtomobil şirkətinin Rusiya, Ukrayna, Venesuela, Malayziya və CAR-da zavodları var. 2009-cu ildə şirkət Çində 300 mindən çox satış həyata keçirib. Həmçinin ötən il “Geely” ABŞ-ın “Volvo” şirkətini 1,8 milyard dollara satın alıb.

Şirkətin gələcək planlarından bəhs edən menecer dedi ki, hazırda əsas hədəfləri keyfiyyətli və yanacağa qənaət edən avtomobil hazırlamaqdır. Onun sözlərinə görə, bu avtomobil 100 kilometrə cəmi 2 litr benzin işlədəcək. Avtomobilin konveyerlərdən 2020-ci ilədək buraxılması nəzərdə tutulur.

Şanxay – Dünyanın ən böyük səkkizinci şəhəri

Çin səfərinin sonuncu dayanacağı bu ölkənin ən böyük şəhəri və iqtisadi paytaxtı hesab edilən Şanxay oldu. Şanxay Çinin şərqində, Yanqtze çayı deltasında salınıb. O, Çinin ən əhəmiyyətli liman şəhəridir.

Dünyanın ən böyük səkkizinci şəhəri olan Şanxay əslində administrativ baxımdan Çinin əyalət statusundakı bir bələdiyyəsidir. Bu şəhər Çin mədəniyyətinin, intellektual müzakirənin və siyasi intriqaların da mərkəzi sayılır.

Pekində Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Li Huilai ilə görüşümüzdə onun bu ölkənin iqtisadi inkişafına dair fikirlərinin əyani təcəssümünü məhz Şanxayda gördük. L.Huilai: “Çin istehsalatda daim mərkəz rolunu oynamağa çalışır. Əsas hədəf isə bir milyarddan çox olan əhalini ölkə iqtisadiyyatının inkişafına cəlb etməkdir. Təsəvvür edin ki, həm Çindən, həm də dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız ölkəmizə iqtisadi axın yaradır. Bu, böyük iqtisadi və eyni zamanda siyasi proqramdır”.

Şanxay səfərimiz Media Qrupunda bu holdinqə daxil olan “Dragon TV” və “ICS” xarici dil kanalı ilə tanışlıq, Huangpu çayında gəmi ilə gəzinti, “Oriental Pearl TV tower” teleqülləsini, “Himalaya Art Museum”u, bu şəhərdə təşkil edilən “Expo-2010” dünya sərgisində Çinin pavilyonunu ziyarətlə davam etdi.

 

Nihad Budaqov

Elvin Camalov

AZƏRTAC-ın müxbirləri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaşıl dünyamız gözlərə nur verən elmin işığında

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub VİDEO

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb