DÜNYA


Çin iqtisadiyyatın illik artımını 6,5 faiz səviyyəsində saxlamağı planlaşdırır

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Cari ilin üçüncü rübündə Çin iqtisadiyyatının artımı 6,7 faiz təşkil edib. Bu, əvvəlki iki rübün göstəriciləri ilə eyni olmaqla bərabər, həm də analitiklərin irəli sürdükləri proqnozu təsdiqləyir.

AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, Çin hökuməti qarşıdakı üç il ərzində daha çox iş yerlərinin yaradılması, eləcə də qeyri-səmərəli istehsal sahələrinin restrukturizasiyası vasitəsilə iqtisadiyyatın illik artımını 6,5 faiz səviyyəsində saxlamağı planlaşdırır.

Bununla belə, Çin iqtisadiyyatının builki artım göstəricilərinin keçən illə müqayisədə daha da aşağı olacağı gözlənilir. Son göstəricilər müsbət olsa da, iqtisadçılar təxmin edirlər ki, hazırda Çin iqtisadiyyatı dövlət xərclərindən və mənzil tikintisi bumundan son dərəcə asılıdır. Buna görə də özəl investisiyalar və ixrac əvvəlki kimi aşağı səviyyədə qalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.