Çin kömür ilə işləyən elektrik stansiyalarının generasiya gücünü azaldacaq
Pekin, 27 dekabr, AZƏRTAC
Çin kömür ilə işləyən elektrik stansiyalarının generasiya gücünü 2020-ci ilədək 1000 qiqavata qədər azaltmağı, 2030-cu ilədək isə alternativ mənbələrdən alınan enerjinin həcmini ümumi enerjinin yarısına çatdırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Çin Milli Enerji Administrasiyasının sədri Nur Bəkri cari ildə Çinin generasiya gücünün 1,77 milyard kilovat təşkil edəcəyini, bunun 38,1 faizinin isə alternativ və bərpa olunan enerji mənbələrindən təmin olunduğunu deyib.
Nur Bəkri Çində bərpa olunan enerji mənbələrindən alınan gücün dünya üzrə ümumi rəqəmin 40 faizini təşkil etdiyini bildirib. Əlavə edib ki, hökumət gələcəkdə alternativ və bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalına daha çox diqqət yetirəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [16:16]
Xorvatiyada ilk hibrid elektro-dizel qatarı istifadəyə verilib
- 15.09.2026 [15:12]
Gürcüstanda daha bir müxalifət partiyası ləğv oluna bilər
- 15.09.2026 [15:08]
Ümumdünya Şahmat Olimpiadasının məşəlinin estafeti Özbəkistana ötürülüb
- 15.09.2026 [14:25]
İsrail ordusu “Hizbullah”a məxsus 32 raketi məhv edib
- 15.09.2026 [13:32]
Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb
- 15.09.2026 [12:59]
Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard dolları ötüb
- 15.09.2026 [12:36]
Konqoda Ebola virusuna yoluxanların sayı 7200-ü ötüb
- 15.09.2026 [12:35]