DÜNYA


Çin korporativ borcun restrukturizasiyası üçün vergi güzəştləri təklif edir

Bakı, 7 yanvar, AZƏRTAC

Çinin Maliyyə Nazirliyi korporativ borcların azaldılması məqsədilə onların restrukturizasiyasını aparan şirkətlərə veriləcək vergi güzəştləri sistemini təqdim edib.

Bu siyasət müəssisələrə öz itkilərini azaltmağa kömək etməyə, eləcə də korporativ borc vəsaitləri üçün əlverişli şərait yaratmağa xidmət edir.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, Dövlət Şurasının qərarına əsasən, müflisləşmə, birləşmə, udulma və ya ləğv prosesindən keçən şirkətlər vergiləri ödəməyi təxirə sala və ya 5 il müddətində hissələrlə ödəyə bilərlər.

Bundan əlavə, ƏDV əsas vəsaitlərin və torpaq üzərində hüquqların ötürülməsinə tətbiq edilməyəcək. Vergi güzəştləri yalnız müvəqqəti çətinlikləri olan şirkətlərə aid ediləcək, maliyyə ilə bağlı davamlı problemləri olan və sabit gəlir əldə etməyən “zombi şirkətlərə” isə bunun heç bir aidiyyəti olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.