DÜNYA


Çin kvant sınaqları üçün dünyanın ilk peykini orbitə buraxıb

Bakı, 16 avqust, AZƏRTAC

Çin kvant rabitəsi üçün dünyada ilk eksperimental peyki uğurla orbitə buraxıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadən xəbər verir ki, qədim Çin filosofunun şərəfinə adlandırılmış “Mo-szı” aparatı “Çançjen-2D” raket daşıyıcısının köməyi ilə orbitə çıxarılıb.

Missiyanın əsas məqsədlərindən biri informasiyanın kvant ötürülməsini həyata keçirmək, Çin (Pekin) və Avropa (Vyana) arasında hakerlər üçün tamamilə əlçatmaz olan təhlükəsiz rabitə kanalı yaratmaqdır.

“Bu layihə qlobal miqyasda kvant rabitənin tətbiqi mümkünlüyünü sübut etmək üçün nəzərdə tutulub. Bu, kvant internetin gələcək inkişafı istiqamətində vacib addımdır”, - Avstriya fiziki Anton Saylinqer deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.