DÜNYA


Çin layihələrin maliyyələşdirilməsi üçün 10 milyard avro məbləğində investisiya fondu yaradıb

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Çin Mərkəzi və Şərqi Avropa ölkələrində layihələrin maliyyələşdirilməsi üçün 10 milyard avro məbləğində investisiya fondu yaradıb.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, bu barədə Çinin “ICBC” bankının (“Industrial and Commercial Bank of China”) bəyanatında bildirilir. Fond “Sino-CEE Financial Holdings Ltd” şirkəti tərəfindən idarə olunacaq.

Fond infrastruktur, yüksək texnologiyalı istehsal və xalq istehlakı malları sahələrində layihələrinin maliyyələşdirilməsi üçün aktivlərini 50 milyard dollaradək çatdırmağı planlaşdırır.

Bank istisna etmir ki, fond Avropanın digər hissəsində və regionlarda geniş yayıla bilər. Fond biznes-prinsipləri üzrə hökumətin dəstəyi ilə işləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.