DÜNYA


Çin milli valyutasının zəifləməsi davam edir

A+ A

Pekin, 19 iyul, AZƏRTAC

Çin milli valyutası - yuanın ABŞ dolları qarşısında ötən ilin avqustundan başlanan zəifləmə prosesi davam edir.

Çin Xarici Valyuta Ticarəti Sistemi hazırda 1 ABŞ dollarının məzənnəsini 6,7 yuan səviyyəsində göstərir. Bu səviyyə sonuncu dəfə 2010-cu ilin noyabrında müşahidə olunub.

Qeyd edək ki, bir neçə il ABŞ dolları qarşısında möhkəmlənən yuanın məzənnəsi ötən ilin avqustundan (1 dollar = 6,2 yuan) zəifləməyə başlayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.