DÜNYA


Çin ödəmə funksiyalı avtomobillər istehsal edəcək

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

"Alibaba Group" şirkəti 12 aylıq sınaqdan sonra Çində yeni RX5 "internet-avtomobil"ini təqdim edib. Avtomobil xüsusi əməliyyat sistemi və Çinin "Alipay" xidmətinin ödəmə funksiyası ilə təchiz edilib.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, avtomobil "Alibaba Group"un mütəxəssisləri və Çinin iri avtoistehsalçısı "SAIC Motor Corp" şirkətinin nümayəndələri ilə birgə hazırlanıb. "Alipay" vasitəsilə mağazalarda alış-veriş və ya sifariş etmək də mümkündür. Avqustda satışa çıxarılacaq avtomobilin qiyməti 22,3 min ABŞ dollarından başlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.