DÜNYA
Çin öz ərazisində “Emirates”ə fəaliyyətini genişləndirməyi qadağan edib
Pekin, 15 iyun, AZƏRTAC
Çin Mülki Aviasiya Administrasiyası qarşıdakı 6 ayda “Emirates” şirkətinə Çində fəaliyyətini genişləndirməyi qadağan edib. Bundan başqa, şirkət 4265 ABŞ dolları cərimə də ödəməlidir.
Administrasiyanın yaydığı məlumatda deyilir ki, buna səbəb aprel və may aylarında “Emirates”in Çin hava məkanında uçuş təhlükəsizliyi qaydalarını pozması ilə bağlı iki hadisədir. Birinci hadisə aprelin 17-də Urumçi şəhəri üzərində uçuşun ekipajın səhvi ucbatında düzgün hündürlükdə yerinə yetirilməməsi, digəri isə mayın 18-də yenə Urumçi səmasında ekipajın hava hərəkətini idarəetmə mərkəzi ilə əlaqəni itirməsidir.
Çin Mülki Aviasiya Administrasiyası hər iki insidentdə günahın “Emirates”in pilotlarında olduğuna əmindir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]