DÜNYA


Çin polisi beş il ərzində 815 min iqtisadi cinayətin üstünü açıb

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

Son beş ildə Çin polisi ölkəyə və zərərçəkən şəxslərə 300 milyard yuan (təxminən 45,3 milyard dollar) həcmində zərər vuran 815 min iqtisadi cinayətin üstünü açıb. Bu barədə məlumat ÇXR-in İctimai Təhlükəsizlik Nazirliyi tərəfindən yayılıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, nazirliyin məlumatına əsasən, həmçinin müddətdə 1 trilyon yuan (151 milyard dollar) həcmində pul əməliyyatlarına qarışan bankların fəaliyyəti ilə bağlı 900 cinayətə aydınlıq gətirilib.

Çinin hüquq-mühafizə orqanları bu müddət ərzində 450 şübhəlinin saxlanıldığı təhqiqatlar çərçivəsində çirkli pulların yuyulması ilə bağlı 158 işin də üstünü açıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.