DÜNYA


Çin sürətli dəmir yollarının tikintisinə 500 milyard dollar xərcləyəcək

A+ A

Bakı, 30 dekabr, AZƏRTAC

Çin ölkə daxilində nəqliyyat əlaqəsinin yaxşılaşdırılması və iqtisadi artımı dəstəklənməsi üçün 2020-ci ilə qədər yüksək sürətli dəmir yolları şəbəkəsinin genişləndirilməsinə 3,5 trilyon yuan (503 milyard dollar) sərf etməyi planlaşdırır. Belə yolların şəbəkəsinin uzunluğunun 30 min kilometrədək artırılması nəzərdə tutulur.

AZƏRTAC “lenta.ru” saytına istinadla xəbər verir ki, bu sistem ölkənin iri şəhərlərinin 80 faizini birləşdirəcək. Şəhərin tranzit sistemi, öz növbəsində, üç min kilometr genişləndiriləcək.

Hökumət yeni magistrallarının tikintisi üçün özəl investisiyalar cəlb etməyə hazırlaşır. Bu, həm şəhərlərarası, həm də şəhərdaxili xətlərə aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.