ELM VƏ TƏHSİL


Çin universitetinin nəzdində ADNSU-nun filialının açılması nəzərdə tutulur

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çin Xalq Respublikasınıa səfəri çərçivəsində Lançjou şəhərində bir neçə ali məktəbin rəhbərləri ilə görüşüb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə Çin tələbələrinin ADNSU-da təhsil almaları, müəllimlərin mübadiləsi barədə bu ölkənin Lançjou Universiteti və Lançjou Şəhər Universiteti ilə razılaşma əldə edilib.

Eyni zamanda, Lançjou Şəhər Universiteti nəzdində neft-qaz mühəndisliyi üzrə ADNSU-nun filialının açılması məsələsi müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.