CƏMİYYƏT


Çin universitetlərinə azərbaycanlı tələbələrin seçimi başa çatıb

A+ A

Bakı, 9 avqust, AZƏRTAC 

Çin Xalq Respublikası ali təhsil müəssisələrində 2016-2017-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi başa çatıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində aparılmış seçimlərin nəticələrinə əsasən, 17 tələbə Çinin “Beijing Normal University”, “University of Science and Technology Beijing”, “Central China Normal University”, “Shanghai University of Finance and Economics”, “Sun Yat-Sen University”, “Harbin Engineering University” və digər ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Həmin tələbələr beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat, kənd təsərrüfatının iqtisadiyyatı və idarəetməsi, kompyuter elmləri və texnologiyaları, sosial inkişaf və ictimai siyasət, geologiya mühəndisliyi, pedaqogika və digər ixtisaslar üzrə bakalavriat (3 nəfər), magistratura (12 nəfər) və doktorantura (2 nəfər) səviyyələri üzrə təhsil alacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.