DÜNYA


Çin yeni pilotsuz uçuş aparatı “Caihong-5”i sınaqdan çıxarıb

Pekin, 16 iyul, AZƏRTAC

Çin yeni pilotsuz uçuş aparatı “Caihong-5”i (“Göy qurşağı”) sınaqdan çıxarıb. Kəşfiyyat və müşahidə aparmaq, habelə hədəfləri müəyyənləşdirərək zərbə endirmək məqsədi ilə yaradılan aparat bir tona qədər yük daşımaq gücündədir.

“Caihong-5” ilk dəfə ötən il Cuxay şəhərində aviasiya sərgisində ictimaiyyətə təqdim olunub. Çinin Aerokosmik Aerodinamika Akademiyası alimlərinin layihələndirdikləri aparatın maksimal uçuş məsafəsi 10 min kilometr, havada qalma müddəti isə 60 saatdır.

Akademiyanın mütəxəssisləri hesab edirlər ki, “Caihong-5” pilotsuz uçuş aparatı dünyada ən yaxşısıdır. Aparat həm də mülki məqsədlər üçün də istifadə oluna bilər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.