DÜNYA


Çin yuanı dünya ehtiyat valyutalarının siyahısına rəsmən daxil olub

Bakı, 1 oktyabr, AZƏRTAC

Beynəlxalq Valyuta Fondu Çinin milli valyutası olan yuanı öz valyuta səbətinə əlavə edib.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, 2016-cı il oktyabrın 1-dən dünya ehtiyat valyutalarının siyahısına ABŞ dolları, avro, Britaniya funtu və Yaponiya yeni ilə yanaşı, Çin yuanı da daxil olub. Bu qərarı Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurası (BVF) qəbul edib.

Əvvəllər ehtiyat valyutasının siyahısı 16 valyutadan ibarət idi. Lakin 1981-ci ildə siyahı azaldılıb. 2000-ci ildə frank və markanı avro əvəzləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.