MƏDƏNİYYƏT


Çinarə Əlizadə Varşava Böyük Teatrı və Milli Operasında çıxış edəcək

Bakı, 20 may, AZƏRTAC

Bu gündən etibarən Varşava Böyük Teatrı və Milli Operasında (Teatr Wielki – Opera Narodowa) P.Çaykovskinin “Qu gölü” baletinin nümayişinə başlanılır.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Odetta rolunu mayın 20, 23, 25 və 27-si tarixlərində Azərbaycanın Əməkdar Artisti, Rusiya Böyük Teatrının solisti, Polşa Milli Baletinin birinci solisti Çinarə Əlizadə ifa edəcək.

Çinarə Əlizadə Moskvada doğulub. O, Natalya Nestereva Yeni Humanitar Universitetinin Rəqs Akademiyasında və Moskva Dövlət Xoreoqrafiya Akademiyasında təhsil alıb. Çinarə Əlizadə A.Adanın “Jizel”, L.Minkusun “Bayaderka”, P.Çaykovskinin “Sonalar gölü”, “Şelkunçik”, “Yatmış gözəl”, S.Prokofyevin “Zoluşka”, D.Şostakoviçin “Qızıl əsr” və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. Əməkdar artist 2016-cı ildən Polşa Milli Baletinin birinci solistidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.