DÜNYA


Çində 33 mədənçi səhlənkarlığın qurbanı olub

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC 

Çinin cənub-qərbində yerləşən kömür mədənində partlayış nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, partlayış Çunsin əyalətinin Laysu şəhərindəki özəl kömür mədənində baş verib. Həmin vaxt mədəndə işləyən 35 nəfərdən yalnız ikisi xilas ola bilib. Hadisəyə iş prosesində yol verilən səhlənkarlığın səbəb olduğu bildirilir.

Aparılan araşdırmanın ilkin nəticələrinə görə, mədəndə köhnə, nasaz və ya yararsız avadanlıqdan istifadə olunub. İşçilərin təhlükəsizliyinin təmin olunmasında və istehsal prosesində ciddi qayda pozuntular aşkarlanıb. Bundan əlavə, mədəndə lisenziya veriləndən çox kömür istehsal edilib.

Çin Dövlət Şurası bu faciəvi hadisədən sonra ölkədəki mədənlərdə yoxlamalar aparılması, həmçinin kiçik mədənlərin bağlanılması barədə göstəriş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.