SİYASƏT
Çində Azərbaycan prezidentinin seçkiləri seçici fəallığı ilə başa çatmışdır VİDEO
Pekin, 9 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərindəki məntəqədə yerli vaxtla saat 19:00-da səsvermə prosesi başa çatmışdır.
Məntəqə seçki komissiyasından bildirmişlər ki, gün ərzində adları seçici siyahısında olan 280 seçicidən 267-si səsvermədə iştirak etmişdir. Bu da 95 faiz deməkdir. Səsvermənin gedişində heç bir qanun pozuntusu qeydə alınmamışdır.
Qeyd edək ki, Çində yaşayan Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, Koreya Respublikası, Malayziya və Vyetnamdakı səfirliklərimizin bir sıra əməkdaşları da 15 saylı Yasamal Birinci seçki dairəsinin 45 saylı məntəqə seçki komissiyasında səs vermişlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin