DÜNYA


Çində “Böyük iyirmilik” ölkələrinin sammiti başlayır

A+ A

Bakı, 4 sentyabr, AZƏRTAC 

Bu gün Çində “Böyük iyirmilik” (G20) ölkələrinin sammiti işə başlayır. Dövlət başçıları sammit çərçivəsində ikitərəfli görüşlər keçirirlər. Dünən Türkiyə və Rusiya prezidentləri arasında görüş olub. Bu gün isə Rusiya və ABŞ prezidentləri görüşəcəklər.

AZƏRTAC xəbər verir ki, G20-nin 11-ci sammiti iki gün davam edəcək.

Xatırladaq ki, “Böyük iyirmilik” iqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan böyük dövlətlərin qeyri-formal birliyidir. Qrupun qərarları konsensus əsasında qəbul olunur və məcburi xarakter daşımır.

G20 ölkələrində planetimizin əhalisinin üçdə ikisi yaşayır. Dünya üzrə ümumi daxili məhsulun 85 faizi, dünya ticarətinin isə 75 faizi bu iyirmi ölkənin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.