CƏMİYYƏT


Çində İİV-ə qarşı dərman preparatı hazırlanıb

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Pekindəki “Yu-An” hospitalının əməkdaşları yeddi gün ərzində İİV-in qarşısını ala biləcək dərman preparatı hazırlayıblar.

AZƏRTAC “Arqumentı.ru” saytına istinadla xəbər verir ki, preparat artıq klinik sınaqdan uğurla keçib. Bu, dünyada ilk preparatdır ki, İİV-i uzun müddət ərzində zərərsizləşdirə bilir. Tədqiqat zamanı medikament qəbul edən pasiyentlərin 80,4 faizində immunitetin yüksəldiyi, eyni zamanda, qanda virusun konsentrasiyasının azaldığı müəyyən edilib. Alimlər qeyd edirlər ki, bu xəstəliyə yoluxmuş insanın qaraciyəri və digər orqanının normal fəaliyyət göstərməsi üçün ondan həftədə yalnız bir iynə vurdurmaq tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.