DÜNYA
Çində Merbok qasırğasına görə 100 min nəfər təxliyə edilib
Pekin, 13 iyun, AZƏRTAC
Merbok qasırğasının Çinin cənub sahillərinə yaxınlaşması nəticəsində hava şəraiti ilə əlaqədar 100 min nəfər təxliyə edilib.
Ötən bir sutka ərzində Şencen şəhərində 219 millimetr yağıntı qeydə alınıb. Dənizdəki küləkli hava şəraiti ilə əlaqədar 2 mindən çox balıqçı qayığı sahilə qayıtmağa məcbur olub. Şencen və Quancou aeroportlarından 200-dən çox uçuş təxirə salınıb. Vilayətdə şəhərlərarası dəmir yolu və avtobus reyslərində də fasilələr yaranıb, yollarda sürət həddi aşağı salınıb.
Hazırda şəhərdə və ətraf bölgədə şiddətli yağışlar davam edir. Müvafiq qurumlar gücləndirilmiş iş rejimində çalışır.
Çin Milli Meteorologiya Mərkəzi ötən gün Cənubi Çin dənizi üzərindən maksimum 65 kilometr/saat sürətlə Quandun vilayətinin sahillərinə yaxınlaşan Merbok qasırğası ilə əlaqədar xəbərdarlıq elan etmişdi. Bu, cari ildə Çində qeydə alınan ikinci qasırğadır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]