DÜNYA


Çində avtobus qəzasında 26 nəfər ölüb

A+ A

Pekin, 2 iyul, AZƏRTAC

Çinin Tiencin şəhəri yaxınlığında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 26 nəfər ölüb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Tiencin-Cisian avtomagistralında hərəkət edən avtobus idarəetməni itirərək, yol kənarındakı su ilə dolu xəndəyə düşüb.

İlkin ehtimala əsasən, sürücünün idarəetməni itirməsinə səbəb avtobusun təkərlərindən birinin anidən boşalması olub. Hadisə nəticəsində 4 nəfər yüngül xəsarətlə xilas ola bilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.