DÜNYA


Çində avtobus qəzasında 7 nəfər ölüb

Pekin, 6 iyun, AZƏRTAC

Çinin Şandun vilayətində avtobusun körpüdən aşması nəticəsində 7 nəfər ölüb, xeyli insan yaralanıb.

Vilayət hökumətinin yaydığı məlumatda deyilir ki, hadisə səhər saatlarında Şenyan-Xaykou avtomagistralının Ricao şəhəri yaxınlığındakı hissəsində baş verib. İlkin versiyaya görə, qəzanın səbəbi yağmurlu havadan sonra yolun sürüşkən olması nəticəsində sürücünün idarəetməni itirməsidir.

Hadisə yerinə dərhal polis, yanğınsöndürən və təcili tibbi yardım əməkdaşları cəlb olunublar. Ehtimal olunur ki, avtobusda 30-dan çox sərnişin olub. Hazırda araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.